Daniele De Rossi İtaliyanın D Seriyasında çıxış edən "Ostia Mare" klubunun sahibi və yeni prezidenti olub.

"Unikal" xəbər verir ki, 41 yaşlı mütəxəssis futbol oynamağa məhz bu klubun yeniyetmələr komandasında başlayıb.

"Ostia Mare" Romanın Ostia rayonunu təmsil edir ki, De Rossi özü də orada böyüyüb.