Klubların UEFA reytinqi açıqlanıb.
"Unikal" xəbər verir ki, Çempionlar Liqası və Avropa Liqasında VII turun bu həftə keçirilən oyunları bəzi dəyişikliklərə səbəb olub.
Azərbaycan çempionu “Qarabağ”ın da mövqeyi dəyişib. Evdə FCSB-ya 2:3 hesabı ilə məğlub olan Qurban Qurbanovun komandası 65-ci yerdə qərarlaşıb.
Ağdam klubunun hesabında 32,000 xal var. Ötən siyahıda 63-64-cü yerləri bölüşən “Qarabağ” iki addım geriləyib. “Lion” və bunadək ağdamlılara şərik olan “Aston Villa” Azərbaycan çempionunu geridə qoyub.
“Neftçi” 8,000 xalla 181-ci yerə şərikdir. Digər klublarımız – “Zirə”, “Sabah”, “Sumqayıt” 4,000 xalla 310-cu, “Qəbələ” və “Şamaxı” 3,925 xalla 323-cü yeri bölüşənlər arasındadır.
Qeyd edək ki, siyahıya 135,000 xala malik “Mançester Siti” başçılıq edir.