Almaniya 2-ci bundesliqasında 19-cu turun oyunları keçirilir.

"Unikal" xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin klubu “Nürnberq” bu gün səfərdə “Şalke 04”ün qonağı olub. Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. 

Beləliklə, 19 oyundan 25 xalı olan “Nürnberq” 12-ci, 24 xala malik “Şalke 04” isə 13-cü yerdədir.

Qeyd edək ki, M.Emreli ötən tur “Karlsrue” ilə matçda sarı vərəqə alıb. Bu, onun cari mövsümdə 5-ci sarısı olub. Cəzalı duruma düşən 27 yaşlı futbolçu “Şalke 04” ilə oyunu buraxıb.

Emreli bu mövsüm “Nürnberq”lə bütün turnirlərdə 14 oyunda meydana çıxıb, 4 qol vurub və 1 qol ötürməsi edib. O, son dəfə bundesliqada ötən ilin noyabrın 3-də “Hamburq”la matçda qol vurub. Ondan sonra liqadakı 7 görüşdə Mahir rəqib qapısına yol tapa bilməyib.

25 yanvar

"Şalke 04" - "Nürnberq" - 3:1 

Qollar: Karaman, 7, Silla, 15, 45 - Tzimas, 17