İngiltərə Premyer Liqasında 23-cü turun mərkəzi görüşü keçirilib.

"Unikal" xəbər verir ki, prinsipial oyunda "Mançester Siti" və "Çelsi" komandaları üz-üzə gəlib. Matç "şəhərlilər"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Mançester Siti"nin qollarını Yoşko Qvardiol, Erlinq Holann və Fil Foden vurublar. "Çelsi"nin yeganə qoluna isə Noni Madueke imza atıb.

Bu nəticədən sonra xallarını 41-ə çatdıran "Mançester Siti" 4-cü pilləyə yüksəlib. "Çelsi" isə 40 xalla 6-cı yerdə qalıb.