Belarus prezidenti Aleksandr Lukaşenko prezident seçkilərində səs verib.
"Unikal" xəbər verir ki, Belarusun dövlət başçısı Belarus Dövlət Bədən Tərbiyəsi Universitetində yerləşən seçki məntəqəsində səsvermədə iştirak edib.
Qeyd edək ki, Belarusda prezident seçkiləri ilə bağlı səsvermə davam edir. Seçkilərdə prezidentliyə 5 namizəd mübarizə aparır. Bunlar Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenko, bitərəf Anna Kanopatskaya, Liberal Demokrat Partiyasından Oleq Qaydukeviç, Belarus Kommunist Partiyasından Sergey Sırankov və Respublika Əmək və Ədalət Partiyasından Aleksandr Xijnyakdır.