"Co Bayden ABŞ prezidenti olduğu müddətdə administrasiya Rusiya prezidenti Vladimir Putini sıradan çıxarmağa cəhd edib".

"Unikal" xəbər verir ki, bu barədə amerikalı jurnalist Taker Karlson həmkarı Mett Taibbiyə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu yanaşmanın fəal tərəfdarlarından biri keçmiş dövlət katibi Antoni Blinken olub.

"Bayden administrasiyasının etdiyi şey Putini öldürməyə çalışmaq idi”, - o, ifadə edib. 

Bununla belə, Karlson sui-qəsdin təşkili üçün konkret hansı hərəkətlərin həyata keçirilə biləcəyini açıqlamayıb, həmçinin sözlərini təsdiqləyən heç bir sübut təqdim etməyib.

Gülayə Mecid