“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan "Unikal"a verilən məlumata görə, "tələbələr" özbəkistanlı oyunçu Umarali Raxmonaliyevin keçidi ilə bağlı Rusiyanın “Rubin” (Kazan) klubu ilə razılıq əldə edilib. Müqaviləyə əsasən, Raxmonaliyev icarə əsasında "Sabah"ın uğurları üçün çalışacaq. İcarə müqaviləsinin müddəti 1 ildir.
Umarali karyerası ərzində “Rubin”dən başqa Özbəkistanın “Bunyodkor” komandasında da çıxış edib. 21 yaşlı yarımmüdafiəçi Özbəkistanın U-23 millisinin üzvüdür. O, yığmada 16 oyun keçirib, 3 qol vurub.