"Rusiya diplomatik kanallar vasitəsilə Vaşinqtonda baş verən təyyarə qəzası ilə bağlı məsələlərdə ABŞ ilə dialoq aparır".
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
"Diplomatik kanallar işləyir. Təəssüf ki, həqiqətən də faciə baş verdi. Hazırda ölənlərin cəsədlərinin təhvil verilməsi ilə bağlı məsələlər müzakirə olunur”, - Kreml nümayəndəsi bildirib.
Bundan əvvəl, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirmişdi ki, ABŞ-də qəzaya uğrayan təyyarədə həlak olanlardan üç nəfərin Rusiya pasportu olub, daha bir sərnişinlə bağlı məlumatlar yoxlanılır.
Gülayə Mecid