"Sovet İttifaqının sərhədlərini əsas götürdükdə, bütün ərazi mübahisələri mümkünsüz olur".
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransı zamanı bildirib.
O, həmçinin qeyd edib ki, orduya malik olmaq hər bir dövlətin suveren hüququdur: "Bizim heç bir qonşumuza qarşı ərazi iddiamız yoxdur. Üstəlik, mən açıq şəkildə bildirdim və bir daha rəsmi şəkildə bildirirəm ki, Ermənistan ordusunun yeganə vəzifəsi Ermənistan Respublikasının suveren ərazisinin müdafiəsi və təhlükəsizliyidir. Ermənistan ordusunun başqa problemi yoxdur və olmayacaq.
Biz yazılı formada da daxil olmaqla, silahlanmaya qarşılıqlı nəzarət və sərhəd insidentlərinin araşdırılması üçün birgə mexanizmlərin yaradılmasını təklif etmişik və bu mexanizmlər həm də sərhəd zonalarında hərbi fəaliyyətə qarşılıqlı nəzarət mexanizmlərini nəzərdə tutur. Biz rəsmi olaraq bu təklifi vermişik və bu istiqamətdə irəliləməyə hazırıq".
Ağarza Elçinoğlu