Türkiyəli tanınmış müğənni Gülşen İbrahim Səlimin "YouTube"da yayımlanan "İbrahim Səlimlə bu axşam" verilişinin qonağı olub.

"Unikal" xəbər verir ki, müğənni proqramda maraqlı açıqlamalar verib. 

Təmizliklə bağlı etirafı ilə diqqət çəkən Gülşen, "Dizlərim yerdə sürünməkdən gömgöy olub", - deyib. 

"Evi özüm təmizləyirəm. Heç vaxt köməkçim olmayıb. Bir az da nəzarətçi ola bilərəm. O qədər detal var; zinət əşyaları, eynəklər, saatlar. Biri yerindən tərpənəndə belə, o mənim diqqətimi çəkir",  - o,əlavə edib.