Ukrayna prezidenti Volodimir Zelenski "Associated Press" müsahibəsində ABŞ-nin keçmiş prezidenti Co Bayden administrasiyasının Kiyevə 177 milyard dollar ayırdığını təkzib edib.
"Unikal" xəbər verir ki, Zelenski Amerika Konqresinin səs verdiyi bu rəqəmi eşitdiyini təsdiqləyib. O, bəyan edib ki, Ukrayna həmin puldan cəmi 75 milyard dollar alıb.
“Ukraynanın müharibə zamanı ordunu dəstəkləmək üçün 200 milyard aldığını demək doğru deyil. O pulların harada olduğunu bilmirəm", - deyə Zelenski bildirib.