Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 3-dən 7-dək Amerika Birləşmiş Ştatlarında işgüzar səfərdə olacaq.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Baş nazir səfər çərçivəsində Vaşinqtonda keçiriləcək 5-ci İllik Beynəlxalq Dini Azadlıq Sammitində, həmçinin “Milli Namaz Səhər yeməyi”ndə iştirak edəcək.
Bir sıra digər görüşlərin də nəzərdə tutulduğu deyilir.
Ağarza Elçinoğlu