ABŞ prezidenti Donald Tramp ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) rəhbərliyinin “radikal dəlilərdən” ibarət olduğunu bildirib.
"Unikal" xəbər verir ki, o, bunu Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri bazasında jurnalistlərə açıqlamasında deyib.
"USAİD-i radikal dəlilər idarə edir, biz onlarla bağlı qərar verəcəyik", - Tramp qeyd edib.
Xatırladaq ki, bundan əvvəl Yeni Hökumətin Effektivliyi Departamentinə (DOGE) rəhbərlik edən İlon Mask da ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) kəskin tənqid edərək, onu "ölməyə ehtiyacı olan" "cinayətkar təşkilat" adlandırıb.
Gülayə Mecid