ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında görüş Səudiyyə Ərəbistanı və ya Birləşmiş Ərəb Əmirliklərində baş tuta bilər.
"Unikal" xəbər verir ki, bu barədə “Reuters” agentliyi Rusiya mənbələrinə istinadən məlumat yayıb.
Agentliyin mənbələri bildiriblər ki, Rusiyanın yüksək vəzifəli rəsmiləri potensial danışıqlara hazırlıq məqsədilə son həftələrdə həm Səudiyyə Ərəbistanı, həm də BƏƏ-yə səfər ediblər.