Suriyanın yeni rəhbəri Əhməd əl-Şara Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya gəlib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Ərdoğanın Suriyanın müvəqqəti Prezidenti ilə görüşü başlayıb. İkitərəfli görüş və heyətlərarası iş yeməyindən sonra Ərdoğan və Əhməd Əş-Şaara birgə mətbuat konfransı keçirəcəklər. Danışıqlar zamanı tərəflər Suriyadakı son hadisələri, iqtisadiyyatın dirçəlişini, ölkədə sabitlik və təhlükəsizliyin təmin olunmasını müzakirə edəcəklər.
Qeyd olunur ki, Əl-Şara Ərdoğanın dostluq jesti olaraq Dəməşqə göndərdiyi Türkiyə prezidentinin təyyarəsi ilə gəlib.
*** 08:58
Suriya lideri Əhməd əl-Şara bu gün Türkiyəyə səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat dərc edib.
Bildirilir ki, Şara Ankarada prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Gülayə Mecid