ABŞ dövlət katibi Marko Rubio İrana təzyiqin artırılmasına ehtiyac olduğunu deyib.
"Unikal" xəbər verir ki, onun sözlərini CNN telekanalı sitat gətirib.
"İran indiki hərəkətlərini dayandırana qədər ona daha çox təzyiq göstərməliyik. Və bu hərəkətlər son nəticədə nüvə silahı yaratmağa yönəlib", - deyə Rubio qeyd edib.
Yanvarın ortalarında İran prezidenti Məsud Pezeşkian "NBC News" telekanalına deyib ki, Tehran nüvə silahı yaratmaq məqsədini güdmür.