"Polşa hərbi kontingentinin Ukraynaya göndərilməsini təsəvvür etmək çətindir".

"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış deyib.

“Belə bir vəziyyəti təsəvvür etmək çətindir. Biz belə bir ssenariyə hazırlaşmırıq", - nazir qeyd edib. 

Polşa Müdafiə Nazirliyinin rəhbərinin sözlərinə görə, Ukraynada sülhə ABŞ və Avropanın sərmayələri zəmanət verə bilər.