İsveçin mərkəzində yerləşən Örebro şəhərində Risberqska məktəbində atışma baş verib.
"Unikal" xəbər verir ki, nəticədə 5 nəfər yaralanıb, hadisəni törədən şəxs intihar edib. Məlumata görə, atəş avtomatik silahlardan açılıb.
Qeyd edək ki, Risberqsk məktəbində təxminən 2000 şagird təhsil alır.
*** 17:28
İsveçin mərkəzindəki Örebro şəhərində məktəbdə atışma baş verib.
"Unikal" xəbər verir ki, bu barədə AFP nəşri məlumat yayıb.
Bildirilir ki, hadisə nəticəsində 5 nəfər yaralanıb. Hüquq-mühafizə orqanları insanları ərazidən uzaq durmağa çağıraraq, böyük əməliyyat elan edib.