İsveçin Örebro şəhərində məktəbdə atışma nəticəsində 10 nəfər həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə məlumat İsveç polisinin saytında dərc olunub.

“Hadisə nəticəsində 10-a yaxın insan həlak olub. Hazırda şəxsiyyətin müəyyənləşdirilməsi üzərində işləyirik. Qurbanların ümumi sayı məlum deyil”, - məlumatda deyilir.

Şöbə əlavə edib ki, ölənlərdən biri atəş açan şəxsdir. Hadisəni törədən şəxsin təkbaşına hərəkət etdiyi güman edilir.

*** 19:24

İsveçin mərkəzində yerləşən Örebro şəhərində Risberqska məktəbində atışma baş verib.

"Unikal" xəbər verir ki, nəticədə 5 nəfər yaralanıb, hadisəni törədən şəxs intihar edib. Məlumata görə, atəş avtomatik silahlardan açılıb.

Qeyd edək ki, Risberqsk məktəbində təxminən 2000 şagird təhsil alır.

*** 17:28

İsveçin mərkəzindəki Örebro şəhərində məktəbdə atışma baş verib.

"Unikal" xəbər verir ki, bu  barədə AFP nəşri məlumat yayıb. 

Bildirilir ki,  hadisə nəticəsində 5 nəfər yaralanıb. Hüquq-mühafizə orqanları insanları ərazidən uzaq durmağa çağıraraq, böyük əməliyyat elan edib.