Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şara Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Ankaraya gəlib.
"Unikal" xəbər verir ki, iki lider arasında tarixi görüş başlayıb. Görüşdə Suriyadakı son hadisələr, eləcə də ölkə iqtisadiyyatının yenidən qurulması, davamlı sabitlik və təhlükəsizliyin təmin edilməsi məsələləri müzakirə olunacaq.
Suriyada 61 illik Baas rejiminin devrilməsindən sonra vəzifəyə təyin edilən Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şaranı daşıyan təyyarə saat 16:00 radələrində Ankara Esenboğa hava limanına enib.
Əl-Şara buradan onu müşayiət edən təhlükəsizlik karvanı ilə Beştəpədəki Prezident İqamətgahına yollanıb.