150 deputatdan ibarət Gürcüstan parlamenti plenar iclasında müxalifət partiyalarından seçilmiş 49 deputatın səlahiyyətlərinə xitam verib.

"Unikal" xəbər verir ki,  bu barədə Gürcüstan mətbuatı məlumat dərc edib. 

Bildirilir ki, ötən il oktyabrın 26-da keçirilən parlament seçkilərindən dərhal sonra müxalifət partiyaları - "Vahid Milli Hərəkat", "Dəyişiklik və Güclü Gürcüstan" Koalisiyası deputatları parlamentə müraciət edərək deputat səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini xahiş ediblər. Onlar qərarlarını seçkilərin hakimiyyət tərəfindən saxtalaşdırıldığını iddia etməklə izah ediblər.

Gülayə Mecid