Rusiya Cənub Dairə Hərbi Məhkəməsi Kuban səmasında A-50 təyyarəsinin vurulmasını əmr edən Ukrayna Silahlı Qüvvələrinin polkovniki Nikolay Dzyamanı ömürlük həbs cəzasına məhkum edib. 

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

"Dzyaman Nikolay İvanoviç Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsinin 3-cü hissəsinin “b” bəndində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinir, bunun əsasında xüsusi rejimli cəzaçəkmə müəssisəsində ömürlük həbs cəzasına məhkum edilir", - məlumatda deyilir. 

Qeyd edək ki, 23 fevral 2024-cü ildə Rusiya Aerokosmik Qüvvələrinə məxsus təyyarə Rusiya hava məkanında patrul edən zaman Ukrayna tərəfindən vurulub. Hadisə zamanı təyyarədə olan 10 ekipaj üzvünün hamısı ölüb. 

Ağarza Elçinoğlu