Xəbər verdiyimiz kimi, Türkiyədə 53 mindən çox insanın ölümünə səbəb olan dağıdıcı zəlzələlərdən iki il ötür.

"Unikal" xəbər verir ki, zəlzələ mərkəzi olan Kahramanmaraşda dağıntılar altında qızının əlindən tutaraq çəkdirdiyi fotosu ilə gündəm yaradan Mesut Hançer yerli mətbuata açıqlama verib. 

İrmak Leyla Hançerin məzarını ziyarət edən ata "Hər gün qızının gəlişini" gözlədiyini bildirib:

"Bu gün 2 il keçdi.  Davamlı olaraq qızımın məzarını ziyarət edirik. Çox çətin bir şeydir, ağrıları heç vaxt keçmir. Onun burada yatması belə çox çətindir. Belə olacağını gözləmirdik. Fevralın 6-nı unuda bilmirik.  Günü-gündən hər şey pisə doğru gedir. Qızımızın gəlişini gözləyirik, hər yerdən onun çıxacağına ümid edirik". 

Xatırladaq ki,  hadisədən bir gün əvvəl 16 yaşlı Leyla nənəsinin evində qalacağını bildirib. Fəlakət zamanı Mesut Hançerin valideynləri, qardaşı və onu ailəsi dağıntılar altında qalaraq həlak olub.  Zəlzələdən sonra həyat yoldaşı və 3 uşağı ilə Mesut Hançer Ankaraya köçüb. 

Enkaz altındaki kızının elinin tutmasıyla tanınan babanın acısı dinmiyor