Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
"Unikal" xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib. Əvvəlcə "Araz-Naxçıvan" "Zirə" ilə qarşılaşıb. Matç Naxçıvan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib.
Günün digər matçında isə "Qarabağ" "Səbail"in qonağı olub. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu komandalar arasında cavab görüşü fevralın 27-də oynanılacaq.
Qeyd edək ki, ötən gün "Sabah" "Sumqayıt"la 0:0 hesablı heç-heçə edib. "Neftçi" isə "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəlib.