ABŞ prezidenti Donald Tramp hələ inauqurasiyadan əvvəl Qrenlandiyanı almaq, Kanadanı 51-ci ştat etmək və Panama kanalını Vaşinqtonun nəzarətinə qaytarmaq niyyətini açıqlamışdı.
"Unikal" xəbər verir ki, Tramp bu həftə daha da sensasion açıqlama verib. Benyamin Netanyahu ilə danışıqlardan sonra Tramp bildirib ki, İsrail regionda hərbi əməliyyatlar başa çatdıqdan sonra Qəzza zolağını Amerikanın nəzarətinə verə bilər.
Donald Tramp bütün planlarını həyata keçirə bilsə, ABŞ-nin ərazisi 20 milyon kvadrat kilometrdən çox olacaq və Rusiya Federasiyasının ərazisini (17 milyon kvadrat kilometrdən çox) keçəcək.