Göyərtəsində on nəfərin olduğu təyyarə ABŞ-nin Alyaska ştatı üzərində radarlardan itib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, "Bering Air" təyyarəsi Unalakleetdən Nomeyə uçurmuş. Təyyarədə doqquz sərnişin və bir pilot var.
"Hava şəraiti və görmə qabiliyyətinə görə, hazırda hava axtarışlarımız məhduddur", - deyə Nome Könüllü Yanğınsöndürmə İdarəsi məlumat yayıb.
Təyyarənin radarlardan itməsinə nəyin səbəb olduğu hələlik məlum deyil.
Gülayə Mecid