Pentaqonun rəhbəri Pit Heqset Avropaya səfər edəcək və burada Ukraynadakı vəziyyətlə bağlı təmas qrupunun iclasında ABŞ müttəfiqlərini münaqişəni tez bir zamanda dayandırmağa çağırmaq niyyətindədir.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, görüş fevralın 12-də Brüsseldəki Ramşteyn bazasında baş tutacaq.
"Böyük Britaniyanın sədrliyi ilə keçiriləcək ilk görüşdə dövlət katibi prezident Donald Trampın Ukraynadakı münaqişəyə mümkün qədər tez diplomatik yolla son qoymağa sadiqliyini bir daha təsdiq edəcək", - bəyanatda deyilir.
Ağarza Elçinoğlu