Lerik rayonunun Orand kəndində tarix və riyaziyyat müəllimlərinin videosu diqqət çəkib.
"Unikal" xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Lerikdə qarın hündürlüyü 79 sm-ə çatıb. Buna baxmayaraq, rayonun yüksək dağlıq ərazilərində məktəblərdə tətil elan olunmayıb.
Əhəd Rzayev adına Orand kənd tam orta məktəbinin riyaziyyat müəllimi Əlirza Vahabzadə ilə tarix müəllimi Elvin Amanov digər müəllimlər kimi, dünən çətin şəraitdə məktəbə gediblər.
Yayılan görüntülərlə bağlı "Unikal"a danışan tarix müəllimi Elvin Amanov bildirdi ki, məktəb dəniz səviyyəsindən 1649 metr yüksəklikdə yerləşir: "Biləsuvar rayonundanam, 2 ildir bu kəndin məktəbinə təyin olunmuşam. Riyaziyyat müəllimi isə Lerikin digər kəndindəndir. Həmin gün məktəbə Zəfər Tarixi dərsini deməyə gedirdim".
Ağarza Elçinoğlu
Lerik rayonu Əhəd Rzayev adına Orand kənd tam orta məktəbinin Riyaziyyat müəllimi Əlirza Vahabzadə və Tarix müəllimi Elvin Amanov.
— Unikal.az (@UnikalOrgPortal) February 8, 2025
Onlar şaxta, qar bilmədən öyrətməyə can atırlar... pic.twitter.com/G1KL4tqypt