Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayon Lahıc kəndində Vətən Müharibəsi Qəhrəmanı, şəhid Səmədov İsmayılın və şəhid Məmmədov Vüsalın qəbirlərini ziyarət edib şəhid ailələrinə baş çəkib.
"Unikal" xəbər verir ki, daha sonra Lahıc kəndində növbəti vətəndaş qəbulu keçirib.
Deputat görüş zamanı vətəndaşların çoxsaylı müraciətlərini dinləyib. Bəzi məsələlər yerində həllini tapıb. Vətəndaşlar tərəfindən edilən müraciətlərdən Milli Məclisin deputatının səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin yerində obyektiv araşdırılması və operativ həlli ilə bağlı aidiyyəti üzrə tapşırıq və tövsiyyələr verilib.
Bundan başqa millət vəkili Asif Əsgərov qəbul zamanı olunmuş müraciətlərə əsasən aztəminatlı ailələrə ərzaq yardımı edib.
Qəbul zamanı Zaqatala sakinləri Ulu öndər Heydər Əliyevin siyasi xəttini hər zaman bəyənərək dəstəklədiklərini qeyd etdilər.
Eyni zamanda qaldırılan problemlərin həlli üçün göstərilən diqqətə və qayğıya görə Ulu Öndərin siyasətini uğurla davam etdirən cənab Prezident Ilham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyevaya Vətənimizin daha gözəl və qüdrətli olması, insanlarımızın daha xoşbəxt və firavan yaşaması ücün, onların gərgin və yorulmaz birgə fəaliyyətində hər zaman can sağlığı, böyük uğurlar və yeni-yeni qələbələr arzuladılar. Bir daha zaqatalalılara göstərilən münasibətə görə dərin təşəkkürlərini bildirdilər.