Rusiya Dövlət Dumasının Əmək, Sosial Siyasət və Veteranların Məsələləri Komitəsinin rəhbəri Yaroslav Nilov (LDPR) iş həftəsinin bir saat qısaldılmasını nəzərdə tutan qanun layihəsi hazırlayıb.
"Unikal" TASS-a istinadən xəbər verir ki, sənəd təsdiqlənmək üçün hökumətə göndərilib.
Rusiya Federasiyasının Əmək Məcəlləsinə dəyişikliklər edilməsi təklif olunur.
Qanun layihəsində deyilir: “Həftə sonu ərəfəsində beşgünlük iş həftəsində iş gününün və ya növbənin müddəti müəyyən edilmiş iş saatı norması saxlanılmaqla bir saat azaldılır”.
Nilov qeyd edir ki, indi əmək münasibətlərinin tərəfləri cümə günləri qısaldılmış iş saatı təyin etmək hüququna malikdir, lakin “indiki şəraitdə belə bir normanın qanunda təsbit edilməsi məqsədəuyğun olardı”.