Namibiyanı 1990-cı ildə aparteid Cənubi Afrikadan müstəqilliyə aparan və 15 il onun ilk prezidenti kimi fəaliyyət göstərən Sem Nuyoma 95 yaşında vəfat edib.

"Unikal" xəbər verir ki, Nuyomanın ölümünü Namibiyanın hazırkı prezidenti Nangolo Mbumba elan edib.

Mbumba bildirib ki, Nuyoma paytaxt Vindhukda xəstəxanaya yerləşdirildikdən sonra şənbə günü axşam dünyasını dəyişib.

Nuyoma, ölkələrini müstəmləkə idarəçiliyindən azad edən Afrika liderlərinin son nəslinin nümayəndəsi idi. O, şiddətli anti-Qərb ritorikası ilə tanınırdı.

Nuyoma QİÇS-in insan tərəfindən yaradılan bioloji silah olduğunu iddia edir, homoseksuallığa qarşı mübarizə aparırdı.