Ukrayna prezidenti Volodimir Zelenski Britaniyanın ölkədə seçkilər naminə hərbi vəziyyəti dayandırmayacağını bildirib.
"Unikal" xəbər verir ki, bu barədə o, "İTV News" telekanalına müsahibəsində deyib.
Siyasətçi əmin edib ki, o, seçkilərdən qorxmur, lakin ukraynalılar hərbi əməliyyatlar zamanı seçkilər keçirilməsinin əleyhinədirlər.
“Seçkilərin baş tutması üçün hərbi vəziyyəti dayandırmaq lazımdır. Bunu etsək, ordumuzu itirəcəyik. Bundan əlavə, hərbçilərin iştirakı olmadan səsvermə ədalətsizdir”, - deyə Zelenski bildirib.