Şri-Lankada böyük elektrik kəsintisi baş verib.

"Unikal" xəbər verir ki, bu barədə ada dövlətin Energetika Nazirliyi məlumat yayıb.

Ölkənin energetika naziri Kumar Cayakodinin sözlərinə görə, "adada elektrik enerjisinin kəsilməsi Panadura yarımstansiyasında meymunun elektrik xətlərinin üzərinə düşməsi nəticəsində baş verib".

Hadisə adada elektrik enerjisinin qəfil kəsilməsi ilə nəticələnib. Mütəxəssislər problemi aradan qaldırmaq üçün bir neçə saat çalışıblar.