Azərbaycan Mərkəzi Bankı (AMB) Dünya Bankı ilə sıx əməkdaşlıq etməyə davam edəcək ki, siyasətimiz Dünya Bankının Ölkə Tərəfdaşlıq Çərçivəsinin strateji prioritetlərinə uyğun olsun.
"Unikal" xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov “Dünya İnkişafı haqqında Hesabat”ın təqdimatı zamanı deyib.
O bildirib ki, Azərbaycan iqtisadiyyatı təxminən 3,8 dəfə, qeyri-neft sektoru 3,7 dəfə artıb.
“Mərkəzi Bank olaraq bizim əsas rolumuz makroiqtisadi sabitliyin qorunması, maliyyə inklüzivliyinin təmin edilməsi və bu istiqamətdə işlərin davam etdirilməsi olacaq. 2025-ci ildə Mərkəzi Bank pul siyasəti mexanizminin möhkəmləndirilməsi istiqamətində tədbir həyata keçirəcək”, - deyə AMB sədri vurğulayıb.