Qanunvericiliyin tələblərinə uyğun olmayan 74 bələdiyyə aktı tam ləğv edilib.

"Unikal" xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik  məruzəsi” haqqında danışarkən deyib.

“Bələdiyyələrin maliyyə idarəçiliyində şəffaflığı artırmaq üçün qanunvericiliyə dəyişikliklər edilib, vahid bələdiyyə xərcləri portalının yaradılması təmin olunub. Korrupsiya ilə mübarizə çərçivəsində qanun pozuntuları aşkarlanıb və hüquq-mühafizə orqanlarına göndərilib. 51 halda ciddi qanun pozuntusu müəyyən edilib, 21 iş üzrə cinayət işi açılıb. Qeyri-qanuni torpaq satışı, mənimsəmə və saxtakarlıq faktları araşdırılıb, müxtəlif bələdiyyə sədrləri və vəzifəli şəxslərə qarşı cinayət işləri başlanıb. 77 bələdiyyənin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib”, - deyə nazir müavini bildirib.