Yunanıstanın milli müdafiə naziri Nikos Dendias S-300 zenit-raket komplekslərinin Ermənistana təhvil verilməsi planları ilə bağlı xəbərləri təkzib edib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Dendias bu barədə hələ 2024-cü il dekabrından ona ünvanlanmış suala cavabında deyib. 

"Müvafiq suala cavab olaraq bildirirəm ki, zenit silah sistemlərinin üçüncü ölkələrə verilməsi ilə bağlı heç bir qərar qəbul edilməyib. Hər halda, Milli Müdafiə Nazirliyinin siyasətində əsas meyar Yunanıstan ərazisinin istənilən nöqtəsində ölkənin müdafiə qabiliyyətini tam şəkildə saxlamaqdır", - Yunanıstan naziri cavabında bildirib.

Xatırladaq ki, bir sıra nəşrlərdə Yunanıstanın Ermənistana S-300, TOR-M1 və Osa-AKM zenit-raket komplekslərini təhvil verəcəyi yazılmışdı.