İngiltərə çempionu "Mançester Siti"nin kataloniyalı baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda İspaniya çempionu və Çempionlar Liqasının qalibi "Real"a 2:3 hesablı məğlubiyyəti şərh edib.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

"Mən uzun illərdir ki, “Mançester Siti”dəyəm və bu inanılmaz klubun bir hissəsiyəm. Bu anda komandaya çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək bir həll yolu tapa bilmirəm.

Bu nəticələrə görə hamımız məsuliyyət daşıyırıq. Qəbul edirəm ki, sistemimizdəki hər şey əvvəlki kimi işləmir. Hər hansı bir oyunçunu günahlandırmaq asan olardı, amma bu belə deyil. Hamımız günahkarıq və ilk növbədə mən günahkaram. Problem ondadır ki, bizdə sabitlik yoxdur", - Qvardiola deyib. 

Qeyd edək ki, cavab oyunu fevralın 19-da Madriddə keçiriləcək.

Ağarza Elçinoğlu