"Qalib və uduzan tərəf arasında ikitərəfli danışıqlar təbii olaraq həmişə diktə dilində olacaq. Mən heç yerdə görməmişəm ki, Türkiyə və ya Azərbaycan dəhliz məsələsindən imtina etsin. Əksinə, onlar daim bunun gec-tez baş verəcəyini deyirlər".
"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Armen Rüstəmyan deyib.
Deputat bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı şifahi razılıq əldə olunub: "Bəli, orada dəhliz var, burada deyirlər ki, biz dəhliz verməyəcəyik, amma türklər və azərbaycanlılar buna dəhliz deyəcəklər.
Şifahi söhbətlər ümumiyyətlə heç yerdə qeydə alınmır, lakin Ermənistan üçün məcburi tələbə çevrilir. Bizdə də o praktika var, təəssüf ki, Ermənistanda hansısa yeni şifahi razılaşma metodologiyasından istifadə olunur. Hər ikisi bizim üçün ciddi təhlükədir, biri vasitəçisiz danışıqlar aparır, ikincisi isə şifahi razılaşmalarla bəzi prosesləri aparır.
Biz görürük ki, onlar bu gündəmə tam şəkildə xidmət edirlər, sadəcə olaraq ictimai qavrayış üçün müvafiq zəmin hazırlayırlar ki, sonradan problem olmasın, lakin onlar da eyni problemi düşünürlər və Azərbaycanın bu tələblərini rədd edə bilmirlər".
Ağarza Elçinoğlu