Mirzəağa Əliyev küçəsində piyadaların daha təhlükəsiz və rahat hərəkətini təmin etmək məqsədilə yeni səki tikilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən "Unikal"a bildirilib ki, eni 1,5 metr olan səkinin uzunluğu 360 metr təşkil edir.
Əvvəllər bu küçədə səki olmadığından piyadalar avtomobil yolundan və ya velosiped zolağından istifadə edirdilər. Yeni səki müasir standartlara uyğun tikilib. Layihənin məqsədi şəhərin yol infrastrukturunu daha təhlükəsiz və vətəndaşlar üçün əlverişli etməkdir.