"Bu gün Robert Köçəryanın balaca oğlu (deputat Levon Köçəryan - red.) jurnalistlərə əxlaqdan, bədxahlıqdan danışdı və mənim adımı çəkdi. Fikrini gücləndirmək üçün o, Qarabağ ermənilərindən də danışdı".

"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan özünün "Telegram" kanalında yazıb. 

Spiker onu tənqid edən Levon Köçəryana belə cavab verib: "Sən hara, siyasət hara? Siz bir məsələyə görə parlamentdəsiniz: əvvəllər etdiklərinizi siyasi çətir altında ört-basdır etmək üçün gəlmisiniz. Sizin üçün erməni adamı harada olur-olsun, eynidir".

Ağarza Elçinoğlu