ABŞ prezidenti Donald Tramp nə üçün birini Rusiya prezidenti Vladimir Putinə zəng etməyinin səbəbini açıqlayıb.
"Unikal" xəbər verir ki, o, Ağ Evdə jurnalistlərə açıqlamasında bunu belə izah edib.
"Düşünmürəm ki, birinci Putinə yox, Ukrayna prezidenti Volodimir Zelenskiyə zəng etməli idim. Biz Rusiyanın sövdələşmə etmək istəyib-istəmədiyini anlamalı idik. Mən bilirdim ki, Zelenski sülh sazişi bağlamaq istəyir. İndi isə Rusiyanın da belə bir istəyinin olduğunu öyrənmiş oldum", - deyə Tramp bildirib.
Çərşənbə günü Putin və Tramp arasında telefon danışığı olub. Rusiya və ABŞ liderləri Ukraynada hərbi əməliyyatların dayandırılması məsələsini, ikitərəfli münasibətləri və bir sıra digər məsələləri müzakirə ediblər. Həmçinin, təmasları davam etdirmək və şəxsi görüş təşkil etmək barədə razılığa gəliblər. Tramp daha sonra Zelenski ilə telefon danışığı aparıb.