Ermənistan Respublikası 2025 Fevralın 12-də Avropanın vəhşi təbiətin və təbii yaşayış yerlərinin mühafizəsi haqqında 1979-cu il Bern Konvensiyası çərçivəsində başlanmış arbitraj işi üzrə Azərbaycan Respublikasının təqdim etdiyi iddianı alıb. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsinin Ofisi məlumat yayıb. 

Bildirilir ki, Ermənistan Azərbaycanın təzminat tələbini rədd edəcək.

Qeyd edək ki, Azərbaycan Ermənistana qarşı arbitraj işi üzrə iddia sənədini təqdim edib. Azərbaycan Ermənistandan tam təzminat tələb edir.

Ağarza Elçinoğlu