Almaniyanın Federal Kansleri Olaf Şolts 61-ci Münxen Təhlükəsizlik Konfransının ikinci günündə çıxış edib.

"Unikal" xəbər verir ki, Olaf Şolts Rusiya-Ukrayna müharibəsinə toxunaraq, Almaniyanın Ukraynaya dəstəyinin davam etdiriləcəyini ifadə edib.

Ukrayna silahlı qüvvələrinin gücləndirilməsinin vacibliyini diqqətə çatdıran Kansler bunun təkcə Avropanın deyil, həm də transatlantik və beynəlxalq tərəfdaşların dəstəyi ilə mümkün ola biləcəyini bildirib.

“Rusiyanın qalib gəlməsi və ya Ukraynanın süqutu sülh gətirməyəcək, əksinə, Avropada və daha geniş miqyasda sabitliyi təhlükə altında qoyacaq”, - deyən Şolts sülh danışıqlarında Ukraynanın suverenliyinin qorunmasının əsas şərt olduğunu bildirib.