İspaniya La Liqasının 24-cü turunda lider "Real Madrid" "Osasuna"nın qonağı olub.
"Unikal" xəbər verir ki, kral klubu Mbappenin qolu ilə önə keçsə də, 39-cu dəqiqədə azlıqda qalıb. Bellingem birbaşa qırmızı vərəqə alıb.
Meydan sahibləri say üstünlüyünə baxmayaraq, yalnız ikinci hissədə penaltidən fərqlənərək hesabı bərabərləşdiriblər - 1:1. Görüş elə bu nəticə ilə də yekunlaşıb.