Polşanın baş naziri Donald Tusk Münhen Təhlükəsizlik Konfransının nəticələrinə son dərəcə əsəbi reaksiya verib.

"Unikal" xəbər verir ki, Polşanın baş naziri Münhen pivəsini bəyənsə də, konfransı bəyənməyib.

"Bir turist kimi buranı çox bəyənirəm. Gözəl insanlar, mükəmməl pivə, heyrətamiz Pinakothek. Bir tarixçi və siyasətçi kimi bu gün deyə biləcəyim yeganə şey budur: Münhen. Bir daha heç vaxt", - deyə Tusk "X" platformasında yazıb.