İsrail və ABŞ İranın nüvə silahına malik olmaması ilə bağlı razılığa gəliblər.

"Unikal" xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu ABŞ dövlət katibi Marko Rubio ilə Qüdsdə keçirdiyi mətbuat konfransında bildirib.

"Biz bir çox mövzuları müzakirə etdik, lakin onların heç biri İrandan vacib deyil. İsrail və Amerika çiyin-çiyinə dayanaraq İran təhlükəsi ilə üz-üzədirlər. Biz razıyıq ki, ayətullahların nüvə silahı olmamalıdır", - İsrail Nazirlər Kabinetinin rəhbəri deyib.

"Biz, həmçinin, İranın bölgədəki təcavüzünün dayandırılması ilə bağlı razılığa gəldik. Son 16 ayda İsrail İranın terror oxuna güclü zərbə vurdu. Prezident Donald Trampın rəhbərliyi altında işi bitirəcəyimizə şübhəm yoxdur", - deyə Netanyahu əlavə edib.