Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
FHN-dən "Unikal"a verilən məlumata görə, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən texniki otaqda elektrik kabellərində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 12 kv.m. olan texniki otağın içərisinə yığılmış əşyalar, 6 ədəd elektrik sayğacı və 5p.m. elektrik kabeli yanıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.
Yaşayış binasında yerləşən mənzillər yanğından mühafizə olunub.