Daşkəsəndə 2 nəfər maşının altında qalıb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Tapan kəndində qeydə alınıb. 1983-cü il təvəllüdlü T.Cəfərov və 1986-cı il təvəllüdlü E.Hüseynov müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, hər iki şəxsin üstündən "Zil" markalı yük avtomobili keçib. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov