Gəncə 39 yaşlı qadını küçədə it dişləyib.

"Unikal"ın məlumatına görə, şəhər sakini 1986-cı il təvəllüdlü Ü.Abbasova müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadına yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, 39 yaşlı qadın şəhər ərazində küçə itlərinin hücumuna məruz qalıb.

Tural Əhmədov