Şəkidə ananın doğuşdan sonra ölümünün ilkin səbəbini açıqlanıb.
TƏBİB-dən "Unikal"a verilən məlumata görə, fevralın 14-də 1998-ci il təvəllüdlü qadın Şəki Perinatal Mərkəzə müraciət edib.
Ona "38 həftəlik hamiləlik, uşaqlıq üzərində iki çapıq" diaqnozu qoyulub və həmin gün saat 11:50-də cərrahi yolla doğuş prosesi icra olunub, sağlam körpə dünyaya gəlib.
Bildirilib ki, bir gün sonra günorta saatlarında zahı qadının halı pisləşib, boğulmadan şikayət edib. Dərhal Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən zahı pasiyentə təxirəsalınmaz reanimasiyon tədbirlər göstərilib. Həkimlərin çoxsaylı xilasetmə cəhdlərinə baxmayaraq, saat 14:15-də şəxsin ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.
***10:28
Şəkidə ana doğuşdan sonra ölüb.
"Unikal" xəbər verir ki, Şəki rayonunun Zunud kənd sakini Nigar Qarayeva fevralın 14-də qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib.
O, bir gün sonra Şəki Perinatal Mərkəzdə ölüb.